Skip to main content

INFE Azerbaijan

Eurovision 2024: INFE Azerbaijan Interview Sparks Storm in Greek Media

Eurovision 2024: INFE Azerbaijan Interview Sparks Storm in Greek Media

Edit Template

Malmödə hazırladığımız video materiallara ümumilikdə 1,5 milyon dəfə baxılıb.

2024 Avroviziya Mahnı Müsabiqəsi öz qalmaqalları ilə tarixin səhifələrinə qovuşdu. Müsabiqə ərzində davam edən qalmaqallarla birlikdə komandamızın ötən həftə aldığı müsahibələrindən biri də yunan mediasının müzakirə mərkəzində oldu.

Müsabiqə ərzində hazırladığımız reportajlar ümumilikdə 1,5 milyon izlənmə sayına çatdı. Habelə, Türkiyə və Yunanıstan liderlərinin bir araya gəldiyi bir zamanda komanda üzvümüz Elmiranın İsveçin Malmö şəhərində Yunanıstan təmsilçisi Marina Sattinin rəqqasları ilə aldığı müsahibə də diqqətləri öz üzərinə çəkdi. Müsahibədə rəqqasların özlərini Trakiya türkü adlandırmaları yunan mediasını qəzəbləndirdi. Buna səbəb isə Yunanıstanda yaşayan türk toplumuna ayrıca etnik azlıq statusunun verilməməsi və türklərin yunan müsəlmanları olaraq təsnif edilməsi olub. Bu da öz növbəsində on illərdir davam edən türk-yunan böhranı yenidən gündəmə gətirib. Elmiranın Azad Azərbaycan Televiziyasına “Xəbərin olsun” verlişində verdiyi müsahibədə də bu və digər müsabiqə ilə əlaqəli məqamlara toxunulub. Elmira habelə Azərbaycanın müsabiqədəki növbəti uğursuzluğu, ölkə təmsilçisinin çıxışının izləyiciləri cəlb etməməsi, birinci yarımfinal və onun təhlili kimi məqamları da televiziya izləyicilərinin diqqətlərinə çatdırıb.

Elmira ilə yanaşı digər bir komanda üzvümüz Elnur da onunla birlikdə Malmödən canlı olaraq materialların toplanması və işlənməsində komanda fəaliyyətimizdə rol oynamışdır. Onların hər ikisinə göstərdikləri əmək fəaliyyətlərinə görə təşəkkürlərimizi bildirir və siz oxucularımız ikilinin Malmödən hazırladığı sənədli filmi izləməyə dəvət edirik.

Edit Template