Skip to main content

INFE Azerbaijan

Efendi Finally Brings “Cleopatra” to the Eurovision Stage

Efendi Finally Brings “Cleopatra” to the Eurovision Stage

Edit Template

Samirə Əfəndi 15 may 2025-ci il tarixində İsveçrənin Bazel şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında “Cleopatra” mahnısıni ifa etdi.

15 may 2025-ci il tarixində İsveçrənin Bazel şəhərində keçirilən 2025 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında Azərbaycanı təmsil etmiş məşhur müğənni Samirə Əfəndi (Efendi) möhtəşəm interval aktı ilə səhnəyə qayıtdı. Efendi, 2020-ci ildə pandemiya səbəbilə ləğv edilmiş müsabiqədə ifa etməli olduğu “Cleopatra” mahnısını canlı olaraq təqdim etdi. Bu çıxış, 2020-ci ildə Avroviziya səhnəsində debüt etməli olan, lakin şanssızlıqla bu fürsəti qaçıran sənətçilərin bir araya gəldiyi xüsusi bir performansın tərkib hissəsi idi. Efendi ilə yanaşı, İsveçrədən “Gjon’s Tears” (“Répondez-moi”), Litvadan “The Roop” (“On Fire”) və Maltadan Destini (“All of My Love”) da öz mahnılarını ifa etdilər. Efendinin “Cleopatra” ifası izləyicilər tərəfindən böyük coşqu ilə qarşılandı. Mahnının güclü ritmləri və qadın gücünü tərənnüm edən sözləri, Efendinin enerjili səhnə performansı ilə birləşərək auditoriyada unudulmaz təəssürat yaratdı.

https://www.instagram.com/p/DJsFgWkofIu/

Bu çıxış, eyni zamanda ölkəmizin Avroviziya tarixində bir ilkə imza atdı. Belə ki, ölkəmizdə keçirilmiş 2012 Avroviziyada Mahnı Müsabiqəsi istisna olmaqla ilk dəfə ötən illərin Avroviziya təmsilçisi qismində Azərbaycan təmsilçisini gördük.

Edit Template