Skip to main content

INFE Azerbaijan

Mamagama Bring the Funk, the Future, and the Fire

Mamagama Bring the Funk, the Future, and the Fire

Edit Template

Azərbaycan təmsilçisi Mamagama ilk məşqini tamamladı! Funk-pop havası, sazın milliliyi, futuristik səhnə və enerjili performansla arena coşdu. 

Çıxış haqqında yazan rəsmi Avroviziya bloqu:

“Bu çıxışda elə bir sevinc və enerji var ki, insan istər-istəməz ayağa qalxıb rəqs etmək istəyir. “Daft Punk” və Nayl Rocers tərzində bir fank-pop havası hiss olunur – xüsusilə də nəqarətdən öncəki hissələrdə bu ritm bizi özünə çəkir. Amma nəqarətdən sonrakı hissədə solist Asəfin sazda ifası ilə bir anda Azərbaycan ruhu səhnəni bürüyür – bunu müasir musiqi dünyası ilə milli ənənələrin ahəngdar və orijinal harmoniyası kimi ifadə edə bilərik.

Səhnə quruluşu da bu dinamikaya tam uyğun gəlir: performans səhnənin ortasında, döşəmədəki parlaq işıqlı halqanın içində baş verir, bu halqa isə tavandan asılmış kiçik bir halqa ilə əks olunur – bu vizual elementlər səhnəyə dərinlik və futuristik bir aura qatır. LED ekran isə tam fərqli bir dünya yaradır: orada “Mamagama” qrupunun üç rəqqasının hərəkətlərini təkrarlayan animasiya olunmuş kölgə fiqurlar görünür. Bu hərəkət effekti arenanı coşdurur – tamaşaçını musiqini yaşamağa dəvət edir, arenadakı hər kəsi rəqsə çağırır. Mahnının yay hiti olacağını demək elə də çətin deyil.

Kostyumlar da eyni dərəcədə maraqlıdır. Qrup üzvləri qara dəri kostyumlar geyinib, üzərində isə qırmızı rəngli işləmələr var. Asəf və Həsən fərqli gödəkcə geyiniblər , Arif isə qolsuz üst geyimi ilə həm vizual olaraq fərqlənir, həm də bu onun baraban ifasını daha sərbəst və enerjili etməyə kömək edir. Onlarla birlikdə üç rəqqas da səhnədədir – hamısı qara və qırmızı parıltılı kostyumlar geyiniblər. Qeyd edək ki, kişi rəqqas bu məşqdə səhnə geyimini hələ nümayiş etdirməyib – bu səbəbdən biz onun səhnə geyimini növbəti məşqdə öyrənəcəyik.

Bu il səhnə tərtibatı və vizual təqdimat səviyyəsi olduqca yüksəkdir və Azərbaycan bu standartın tam içindədir – həm yaradıcı, həm də peşəkar nümayiş olaraq.”

Sizcə bu məşqdən sonra Azərbaycan təmsilçiləri ölkəmizi yenidən Avroviziyanın möhtəşəm finalına daşıya biləcəklərmi?

Edit Template