Skip to main content

INFE Azerbaijan

Mamagama will represent Azerbaijan at Eurovision 2025

Mamagama will represent Azerbaijan at Eurovision 2025

Edit Template

Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurovun verdiyi məlumata görə, Mamagama Bazeldə səhnəni alovlandıracaq!

Bu il ölkəmizi öz dinamik ruhu ilə fərqlənən Mamagama qrupu təmsil edəcək. Qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.
2021-ci ildə yaradılan Mamagama Azərbaycanın musiqi səhnəsində ən yenilikçi qruplardan biri olaraq özünü təsdiq edib. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən Kënga Magjike beynəlxalq musiqi festivalında tamaşaçıların qəlbini fəth edərək uğur qazanıb.

Mamagama 3 nəfərdən ibarətdir:

Asəf – Frontmen və əsas vokalçı
Hass – Gitara ifaçısı
Arif – Zərb alətləri

 

Beləcə, müsabiqə tarixində ölkəmizi ilk dəfə bir qrup təmsil edəcək.

Edit Template