- Global
Eurovision IS brat!
- Global
Eurovision IS brat!

- 03/02/2025
- 23:14
- Author:Orkhan
Britaniyalı ifaçı Çarli XCX-nin “Brat” albomu bu yayın ən çox danışılan mədəni hadisəsədir desək, yanılmarıq.
“Grammy” mükafatlarına belə namizəd göatərilməsi gözlənilən albomun təsir gücü o qədər çox olub ki, Amerika Birləşmiş Ştatları prezidentliyinə namizəd Kamala Harris belə öz seçki kompaniyasında bu internet trendindən istifadə edib.
Odur ki, “brat summer” adlanan bu trendə biz də qoşularaq sizə Avrovizyanın son illərinin ən əyləncəli, ən şıltaq, ən qarışıq və ən seksual bir neçə mahnısını topladıq.
Güclü və energetik klub musiqisinin ritmlərini özündə birləşdirən “Euphoria” müsabiqə tarixinin ən yaxşı qaliblərindən biri hesab edilir, bəlkə də elə ən yaxşısıdır.
Mahnının gərgin emosional enerjisi və dərin lirik anlamı eyforiya və daxili münaqişələrdə insanın qət etdiyi yolu əks etdirir. Mahnı müasir İsveç popunun həm qayğısız, həm də düşündürücü aspektlərini özündə cəmləşdirərək zamansız klassikaya çevrilib.
“thorn jeans” və “mirror lane” ifadələrinin mənası, “Brat”ın yaşıl rəngli albom üz qabığı seçimi kimi bir çoxlarına sirr olaraq qalır.
Dihaj və Çarli sanki pərəstişkarlarına cəsarətli olmağı və standart düşüncənin xaricində düşünməyi təşviq edir.
“Hatari”-nin qaranlıq texno-sənaye musiqisi və cəsarətli səhnə performansı dərin ekzistensial və sosial problemlərə toxunur.
“Hatrið mun sigra”
mahnısı Çarli XCX-in “Brat” albomundakı yeniliklərinə bənzər avanqard və introspektiv mövzuları pop ilə birləşdirməklə yüksək standartlı iş təqdim edir.
Rambo Amadeus “Euro Neuro” mahnısı ilə Avrozona böhranının yaratdığı çətinliklərə toxunur.
O, mahnısında bürokratik səmərəsizliyi tənqid etmək məqsədilə istehzalı sözlərdən istifadə edir.